BMT sülhməramlılarına hücum: Dörd ölü

BMT sülhməramlılarına hücum: Dörd ölü

Baxış sayı: 2. 519 dəfə baxılıb.

BMT-nin Malidəki missiyasının maşın karvanına edilmiş hücum nəticəsində 4 sülhməramlı həlak olub.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə missiyanın açıqlamasında bildirilir.

Məlumata görə, “mavi dəbilqəliləri” daşıyan avtomobil karvanı Mopti şəhərində yolda qurulan minaya düşüb.

Ölənlərdən savayı, daha dörd sülhməramlının müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırıldığı bildirilir.

Qeyd edək ki, Malidə siyasi-hərbi gərginlik 2011-ci ildə qonşu Liviyada Müəmmər Qəddafi rejiminin devrilməsindən sonra meydana gəlib. Malinin ərazisinə Tuareq qəbilələrindən olan qaçqınlar axın edib. Ölkənin şimalını tutan tuareqlər bölgədə “müstəqil” Azavad dövlətinin qurulduğunu elan edib.

www.ÇıxışYolu.Com