BMT TŞ-da “Skripal işi” ilə bağlı iclas keçirilib

BMT TŞ-da “Skripal işi” ilə bağlı iclas keçirilib

Baxış sayı: 2. 387 dəfə baxılıb.

BMT Təhlükəsizlik Şurasında  KSQT ekspertlərinin Solsberi şəhərindəki insidentlə bağlı apardığı araşdırmanın yekunlarına dair iclas keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, iclasın təşəbbüskarı rəsmi London olub.

Tərəflər kiyməvi maddələr üzrə mütəxəssislərin rəylərini və Britaniyanın BMT-dəki səfirinin “Skripal işi” ilə bağlı təqdim etdiyi hesabatı müzakirə edib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya “Skripal işi” üzrə həqiqətlərin Qərb ölkələrinə maraqlı olmadığını dilə gətirib.

“Bəzi həmkarlarımın dediklərini eşitdikdə, mənə elə gəlir ki, bu artıq “Alisa möcüzələr ölkəsində” yox  “Alisa güzgü arxasında” nağılıdır. Bizim Qərbdən olan həmkarlarımızı həqiqət maraqlandırmır. Təkcə bu məsələdə deyil, başqa məsələlərdə də münasibət eynidir” , – deyə Nebenzya bildirib.

.
www.ÇıxışYolu.Com