BMT Təhlükəsizlik Şurası (TŞ) Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etməyib.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiyanın Suriyaya qarşı aqressiv münasibətə son qoyulması ilə bağlı qətnamə səs çoxluğu qazanmayıb.
Sənəd üzrə səsvermə BMT Təhlükəsizlik Şurasının ABŞ-ın, Britaniyanın və Fransanın Suriyaya zərbələrindən sonra Rusiyanın çağırışı ilə baş tutan təcili iclasda keçirilib.
Sənədin lehinə Rusiya, Çin və Boliviya səs verib. Lakin 8 ölkə qətnamənin əleyhinə çıxıb. Daha 4 ölkənin nümayəndəsi səsvermələrdə bitərəf qalıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenza layihəsində koalisiyanın hərəkətlərini pisləyib:
“ABŞ və onun müttəfiqləri Suriya əleyhinə təcavükar münasibətə dərhal son qoymalıdır. Siz BMT nimzamnaməsini və beynəlxalq hüququ pozaraq hər kəsi haqlı olduğunuza inandırırsınız”.