BMT uşaqların müharibələrdə öldürülməsini pislədi

Baxış sayı: 2. 638 dəfə baxılıb.

BMT uşaqların müharibələrdə öldürülməsini pislədi

BMT Təhlükəsizlik Şurası bazar ertəsi hərbi münaqişələr zamanı uşaqların müdafiəsinə çağıran 2427№-li qətnaməni yekdilliklə qəbul edib.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadla xəbər verir ki, qətnamə ləyihəsi Şuraya sədrlik edən İsveç tərəfindən təqdim olunub. 

“TŞ uşaqların münaqişə iştirakçıları tərəfindən cəlb edilməsi, həmçinin onların qətli, oğurlanması, şikəst edilməsi, zorlanması, məktəb və xəstəxanalara hücumlar və humanitar yardımın alınmasına törədilən maneələrlə əlaqəli qüvvədə olan bütün beynəlxalq hüquq normalarının pozulmasını qətiyyətlə pisləyir”, – sənəddə deyilir.

Qətnamə həmçinin ölkələri və BMT-ni münqaişələr, münaqişələrin qarşısının alınması və münaquişələrdən sonrakı dövrlərdə uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin eduilməsinə çağırır.

Qeyd edək ki, 2017-ci ildə silahlı münaqişələr zamanı 10 mindən çox uşaq həlak və ya şikəst olub, 8 mindən çoxu isə münaqişələrə cəlb edilərək yaraqlı qismində istifadə olunub.

www.ÇıxışYolu.Com