“BMW X5” sahibinin barmağını qopardı – VİDEO

“BMW X5” sahibinin barmağını qopardı – VİDEO

Baxış sayı: 3. 609 dəfə baxılıb.

Avtomobil həvəskarları arasında bahalı “BMW X5”-ə sahib olmağı arzulamayan tapılmaz. Ancaq belə amerikalı entuziastlardan biri üçün, bu arzu faciəvi şəkildə gerçəkləşib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “NY Post” məlumat yayıb.

Nyu Yorkun Lonq Aylend sakini Qodvin Boatenq yeni aldığı avtomobilin “SCAD” sensorunda (avtomobilin qapılarının avtomatik şəkildə yumşaq bağlanmasına cavab verən sistem) baş vermiş nasaslıq ucbatından ağır xəsarət alıb.

Elektrik mühərrikinin anidən işə düşməsi nəticəsində onun barmağı qapının arasında qalıb və yerindən qopub.

Zərərçəkən xəstəxanaya müraciət etsə də, həkimlər ona amputasiya olunmuş barmağının  yerinə tikilməsinin mümkünsüz olduğunu bildirib.

Bununla bağlı “BMW” şirkətindən məhkəməyə şikayət edən Boatenq, öz iddia ərizəsində, hadisənin 6 iyul 2016-cı ildə dostu ilə nahar süfrəsi arxasında görüşə hazırlaşan zaman baş verdiyini göstərir.

Avtomobilin sürücü tərəfdən olan qapısı 0,3048 m ölçüdə açıldıqdan sonra, “SCAD” sensoru  motoru aktivləşdirib və qapı sərt şəkildə örtülərək, avtomobil sahibinin sağ əl barmağının vətərini, əzələlərini və sümüyünü doğrayıb.

Boatenq iddia ərizəsində əmin edir ki,  avtokonsern sözügedən sensorda nasazlığın olduğunu bilə-bilə, müştəriləri bu barədə xəbərdar etməyib.

Boatenq artıq iki dəfə əməliyyat olunduğunu, ağrılarının isə hələ də kəsilmədiyini göstərir.

Dediyinə görə, bəzən ağrılar o qədər şiddətli olur ki, sanki onun olmayan barmağını bıçaqla kəsirlər. O, eyni zamanda artıq köynəyinin düyməsini və ya ayaqqabısının bağlarını düz-əməlli bağlaya bilmədiyini iddia edir.

Zərərçəkən maddi və mənəvi zərərə görə avtokonserndən təzminat tələb edir.

.
www.ÇıxışYolu.Com