Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Bney Yehuda”nın futbolçusu Bakıda xəstəxanaya yerləşdirilib.
“Bney Yehuda”nın rəsmi “Facebook” səhifəsinin məlumatına görə, İsrail təmsilçisinin müdafiəçisi Paz Ben Arinin qolu sınıb.
“Neftçi” – “Bney Yehuda” (2:2) matçının son dəqiqələrində zədələnən 23 yaşlı futbolçu Bakıdakı xəstəxanaların birinə aparılıb. Ona dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu qoyulub.
Ben Ari qolu gipsli halda gecə saatlarında xəstəxanadan buraxılıb və komandanın qaldığı hotelə qayıdıb. Müdafiəçinin son durumu İsrailə qayıtdıqdan sonra bilinəcək.
Qeyd edək ki, “Bney Yehuda” ilə “Neftçi” arasındakı cavab görüşü avqustun 15-də keçiriləcək.