69b39b6d-8951-4f5c-ac25-ee061a52cbb6..jpg

BOK: 2022-ci il Olimpiadası təxirə salınmayacaq

Baxış sayı: 2. 223 dəfə baxılıb.

BOK: 2022-ci il Olimpiadası təxirə salınmayacaq

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax qarşıdan gələn
Pekin Qış Olimpiya Oyunlarının taleyi ilə bağlı açıqlama verib.

“İdmançıların arzularının puç olmaması üçün hər şeyi edəcəyik. Lakin bunun
üçün Oyunlarda müəyyən edilmiş təhlükəsizlik həyat tərzinə çevrilməlidir”, –
deyə Bax təşkilatın mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət öncə İsveçrə Olimpiya Komitəsi BOK-dan idmançılar
arasında koronavirusa yoluxma hallarının artması səbəbindən 2022-ci il
Olimpiadasının təxirə salınması variantını nəzərdən keçirməyi xahiş etmişdi.

Xatırladaq ki, Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək
keçiriləcək. Pekin həm Yay, həm də Qış Oyunlarına ev sahibliyi edən ilk şəhər
olacaq.

Mənbə: kp.ru

Source link