e36b7dac-adfd-456d-a8a5-27bde2d325b8..jpg

BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırıb

Baxış sayı: 744 dəfə baxılıb.

BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırıb

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti Rusiya Olimpiya
Komitəsinin (ROK) növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırdığını
açıqlayıb.

Təşkilatın bəyanatında bildirilir ki, qondarma Donetsk və Luqansk Xalq
Respublikalarının, həmçinin Ukraynanın Xerson və Zaporojye vilayətlərinin
Olimpiya Şuralarının ROK-a daxil edilməsi Olimpiya Xartiyasını pozur.

“Rusiya Olimpiya Komitəsinin artıq Olimpiya Xartiyası ilə müəyyən edilmiş
milli Olimpiya Komitəsinin funksiyalarını yerinə yetirmək hüququ yoxdur və
BOK-dan heç bir maliyyə vəsaiti ala bilməz”, – sənəddə qeyd olunur.

Source link