6c38b168-79ff-490a-94ae-852cc1e873d3..jpg

Boks üzrə Azərbaycan millisi “Qızıl kəmər seriyası”nı 5 medalla başa vurub

Baxış sayı: 1. 077 dəfə baxılıb.

Boks üzrə Azərbaycan millisi “Qızıl kəmər seriyası”nı 5 medalla başa vurub

Boks üzrə Azərbaycan millisi Mərakeşdə keçirilən “Qızıl kəmər seriyası”nı 5
medalla başa vurub.

Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, 34 ölkədən 201
boksçunun qatıldığı ilin ilk turnirində yığma 2 qızıl, 1 gümüş, 2 bürünc medal
qazanıb.

57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov finalda rusiyalı Eduard Savvinlə
qarşılaşıb. Hər 3 raundda inamlı mübarizə aparan Rüstəmov yekunda 5:0 (29:28,
30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq, çempion tituluna
yiyələnib.

Onun uğurunu Nəbi İsgəndərov (67 kq) da təkrarlayıb. Gəncə boks məktəbinin
yetirməsi finalda Tarxan İdiqova (Rusiya) gücünü göstərib. İsgəndərov inamlı
mübarizə nəticəsində rəqibini 4:1 (29:28, 29:28, 28:29, 30:27, 30:27) hesabı
ilə məğlub edərək Mərakeşdə Azərbaycan himnini səsləndirib.

86 kq çəkidə mübarizə aparan Alfonso Dominqes gümüş medalla kifayətlənib. O da
finalda rusiyalı boksçu ilə döyüşüb. Lakin görüşdə Şarabutdin Atayev qalib
gəldiyindən, dünya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Azərbaycan millisinin heyətində daha öncə Məsud Yusifzadə (51 kq) və Sərxan
Əliyev (71 kq) bürünc medala yiyələniblər.

Qeyd edək ki, yarışın qalibi aktivinə 900, gümüş medalçısı 700, üçüncüsü isə
500 reytinq xalı əlavə edib.

Source link