19d9135e-ce42-4569-bb85-a74b6a54535a..jpg

Boks üzrə dünya çempionu dinini dəyişdi – VİDEO

Baxış sayı: 527 dəfə baxılıb.

Boks üzrə dünya çempionu dinini dəyişdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üç çəki kateqoriyasında çıxış edən məğlubedilməz dünya çempionu Cervonta Devis
islamı qəbul edib.

Bu barədə üç çəki kateqoriyasında keçmiş dünya çempionu Badu Cek sosial şəbəkə
hesabında məlumat verib.

“İslama xoş gəldin, qardaşım. Əlhəmdulillah”, – deyə Cek özünün “X” hesabında
yazıb.

Bununla bağlı o, Devisin tövhid düsturu olan şəhadəti dediyi videonu da
paylaşıb.

Welcome to Islam brother @Gervontaa
Alhamdulillah
pic.twitter.com/mCQrqRtUZC
— Badou Jack (@BadouJack) December 24, 2023

Qeyd edək ki, 29 yaşlı Devis 2013-cü ildə peşəkar rinqdə debüt edib və 2017-ci
ilin yanvarında ikinci yarımyüngül çəki kateqoriyasında (59 kq-a qədər)
Beynəlxalq Boks Federasiyasının (IBF) titulunu qazanaraq ilk dəfə dünya
çempionu olub.

2019-cu ilin dekabrında o, Kuba təmsilçisi Yuriorkis Qamboanı vaxtından əvvəl
məğlub edərək Dünya Boks Assosiasiyasının yüngül çəki üzrə (61,2 kq-a qədər)
çempionu olub və 2021-ci ilin iyununda birinci orta-ağır çəkidə (63,5 kq-a
qədər) WBA titulunu qazanıb.

Apreldə baş tutan sonuncu döyüşdə Cervonta Devis həmyerlisi Rayan Qarsiyanı
nokautla məğlub edib.

Source link