a2eb5bc8-9193-4d4f-98d1-5e05db1b0e3e.jpg

Boks üzrə dünya çempionu öz titulunu itirdi

Baxış sayı: 64 dəfə baxılıb.

Oktyabrın 12-dən 13-nə keçən gecə Ər-Riyadda (Səudiyyə Ərəbistanı) peşəkar
boks gecəsi baş tutub.

Cixisyolu.com championat.com-a istinadən xəbər verir ki, gecədə WBA Super və IBO
versiyası üzrə orta ağır çəkidə çempion titullarının sahibi rusiyalı Dmitri
Bivol və onun həmyerlisi WBC, IBF və WBO versiyaları üzrə dünya çempionu Artur
Beterbiyev üz-üzə gəliblər.

Döyüş hakimlərin fərqli qərarından sonra Bivolun məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, Dmitri Bivol 2017-ci ildən bəri sahib olduğu dünya çempionluğunu
itirib və karyerasında ilk məğlubiyyətini alıb. İndiyədək rusiyalı 23 döyüşdə
qalib gəlib, onlardan 12-si vaxtından əvvəl başa çatıb. Beterbiyevlə döyüşdən
sonra o, WBA Super və IBO titullarından məhrum olub.

Beterbiyev isə məğlubiyyətsiz döyüşçü olaraq qalır. Onun hesabında 21 qələbə
var.

Source link