Boks üzrə keçmiş dünya çempionu zorakılığa görə 18 il həbsə məhkum oldu

Baxış sayı: 2. 366 dəfə baxılıb.

Boks üzrə keçmiş dünya çempionu zorakılığa görə 18 il həbsə məhkum oldu

Boks üzrə keçmiş dünya çempionu Karlos Baldomir 18 il həbsə məhkum olub.

Bu haqda “World Boxing News” məlumat verir.

Bu cür ciddi hökm boksçuya qızına qarşı seksual zorakılıq tətbiq etdiyinə görə verilib.

Məhkəməyə müraciyət edən boksçunun keçmiş həyat yoldaşı qızlarının 8 yaşından seksual zorakılığa məruz qaldığını bildirib.   

Məhkəmədə Baldomir özünü nalayiq aparıb və iclasda iştirak edənləri təhqir edib.

48 yaşlı argentinalı boksçu idman karyerasını 2014-cü ildə bitirib. O, keçirdiyi 65 döyüşdə 49 dəfə qələbə qazanıb.