d234c664-f842-48cd-86a8-2d7c87d3ee8a..jpg

Boksçularımız ilin ilk yarışında yeddi medal qazanıblar – FOTO

Baxış sayı: 488 dəfə baxılıb.

Boksçularımız ilin ilk yarışında yeddi medal qazanıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən
Millətlər Kubokuna yekun vurulub.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan yığması ilin ilk yarışını üç qızıl, bir
gümüş və üç bürünc medalla başa vurub.

Məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Banuçiçək Nəsirli (46 kq)
yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) gənclər
arasında qalib adına yiyələniblər. Onlar finalda müvafiq olaraq, Ema Andjela
Zaja (Xorvatiya), Yekaterina Kornilova və Kira Leonovanı (hər ikisi Rusiya)
məğlub ediblər.

Böyüklərin yarışında Aynur Rzayeva (81 kq) həlledici görüşdə xorvatiyalı
Lusiya Bilobrka uduzaraq, ikinci yeri tutub.

Digər boksçularımızdan Marjona Savriyeva (50 kq), Məhsəti
Ağamalıyeva-Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) bürünc medala
sahib olublar.

Yığmamız bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub. Emili Rzayeva isə
öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.

Qeyd edək ki, Millətlər Kubokunda 10 ölkədən 102 boksçu mübarizə aparıb.

Source link