Azərbaycan millisinin daha bir üzvü Bolqarıstanın paytaxtı Sofiyada keçirilən
23 yaşadək boksçular arasında Avropa çempionatının gümüş medalını qazanıb.
Cixisyolu.com xəbər verir ki, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov
yazdırıb.
51 kq-da çıxış edən boksçumuz fəxri kürsünün 2-ci pilləsinə qalxıb.
Bununla da, yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə üçə yüksəlib.
Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, Marjona Savriyeva (50 kq) üçüncü
yeri tutub.
Qeyd edək ki, bu gün yığmamızın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.
18:24
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında 48 kq
çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Tural Sarıyev gümüş
medal qazanıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
İlk iki görüşündə Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə)
məğlub edən T.Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş
rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını
ikinci yerdə bitirib.
Bu, Azərbaycan millisinin yarışda qazandığı ikinci medal olub. T.Sarıyevdən
öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.
Qeyd edək ki, bu gün yığmanın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.