a3a51937-a0a6-4e05-af93-a30fbc696daa..jpg

Bölgələrdə kartofun qiyməti ucuzlaşdı – VİDEO

Baxış sayı: 387 dəfə baxılıb.

Bölgələrdə kartofun qiyməti ucuzlaşdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bazarlarda kartofun qiymətində ucuzlaşma müşahidə olunur.

Xezerxeber.az xəbər verir ki, hazırda Tovuzda kartofun kiloqramının qiyməti 30
qəpikdən tutmuş iki manata qədər dəyişir. Satıcılar ümumiyyətlə fəsillə
əlaqədar kartofa tələbatın azaldığını bildirirlər.

Cəlilabadlı fermerlər də məhsuldarlığın az olduğunu deyərək qiymətlərdən
narazı olduğunu bildirirlər.

Təsərrüfatçılar birinci mərhələdə istixana şəraitində becərdikləri kartofun
yığımına başlayıblar. Fermerlər deyirlər ki, builki mövsüm əlverişli keçsə də,
məhsuldarlıq çox aşağıdır.

Təsərrüfat sahibləri deyirlər ki, bir neçə ildir toxumluq kartofun və mineral
gübrələrin qiymətində kəskin artım var. Ona görə də kartofun maya dəyəri artıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link