Boliviyanın La-Pas şəhərində mikroavtobus festivala hazırlaşan rəqqasları vurub və hadisə nəticəsində yeddi nəfər ölüb.
ÇıxışYolu.Com-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, təşkilatçılar tədbiri təxirə salmamaq qərarına gəliblər.
Yol Hərəkəti Departamentinin rəhbəri Xose Kaviades bildirib ki, qəza maşında yaranan mexaniki nasazlıq səbəbindən baş verib, sürücü hadisə yerindən qaçıb.
Rəqqaslardan üçü qəza yerində, dördü isə xəstəxanada keçinib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com