51e021ac-8b7f-4ea3-9d48-d11324e1bb41..jpg

Bölmələrin döyüşə hazırolma qabiliyyəti məşq etdirilib – VİDEO

Baxış sayı: 804 dəfə baxılıb.

Bölmələrin döyüşə hazırolma qabiliyyəti məşq etdirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən
Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə
əlaqədar praktiki məşğələlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, plana uyğun olaraq, bölmələrin “həyəcan” siqnalı ilə daimi
dislokasiya məntəqələrini tərk etməsi məşq etdirilib.

Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları,
Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunlarının
bölmələri qarşılıqlı əlaqədə müxtəlif tapşırıqları yerinə yetiriblər.

Məşğələlərdə əsas diqqət mümkün təhdidlərin qarşısını dərhal almaq məqsədilə
qoşunların döyüşə hazırolma qabiliyyətinin daha da inkişaf etdirilməsi, eləcə
də bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsini təmin etməyə
yönəldilib.


Source link