6aea294a-bc29-4a5f-a57f-0cb1cb505d64..jpg

Bolqarıstan millisinin baş məşqçisi: “Azərbaycan layiqli qələbə qazanıb”

Baxış sayı: 767 dəfə baxılıb.

Bolqarıstan millisinin baş məşqçisi: “Azərbaycan layiqli qələbə qazanıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan millisi layiqli qələbə qazandı”.

“Report”un məlumatına görə, bunu Bolqarıstan millisinin baş məşqçisi İlian
İliyev “FIFA Series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək
Azərbaycan – Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika
stadionunda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

“Azərbaycanın Monqolustan millisi ilə oyununu izləmək üçün imkanım olmadı.
Yalnız sonradan matçın fraqmentlərini izləyə bildik. Amma onlar dominant oyun
sərgiləyərək layiqli qələbə qazandılar”.

Qeyd edək ki, Azərbaycan millisi “FIFA series – Edition 2024” turnirində
martın 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq
Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Source link