ac189454-300f-4522-94d2-db94696490f9..jpg

Bolqarıstanın Baş naziri: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıyıq”

Baxış sayı: 640 dəfə baxılıb.

Bolqarıstanın Baş naziri: “Azərbaycanla əməkdaşlığın genişləndirilməsində
maraqlıyıq”

“Bolqarıstan Azərbaycanda nəqliyyat və logistika sahəsinin, nəqliyyat
dəhlizlərinin inkişafında, o cümlədən, əczaçılıq, informasiya texnologiyaları
sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır”.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən
məlumata görə, bunu Bolqarıstan Respublikasının Baş naziri Nikolai Denkov
Azərbaycanın Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Görüşdə humanitar sahədə də əməkdaşlıq diqqətə çatdırılaraq, qeyd edilib ki,
Azərbaycan və Bolqarıstan xalqları arasında dostluq dövlətlərarası
münasibətlərin inkişafı üçün möhkəm əsasdır. Xalqlarımız arasında humanitar
əlaqələr zəngin tarixə malikdir. Təhsil, elm, mədəniyyət sahələrində
əməkdaşlıq, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi tədbirlər
xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Xüsusilə, 2016-cı
ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Veliko-Tırnovo şəhərinin Trapezitsa
Memarlıq Muzeyi Qoruğunun bərpa edilməsinin sıx humanitar əlaqələrimizin daha
bir nümunəsi olduğu vurğulanıb. Həmçinin, 2022-ci ilin sentyabrında
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Veliko Tırnovo şəhərləri arasında
qardaşlıq əlaqələrinin yaradılması haqqında Memorandumun da önəmi ifadə edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir
mübadiləsi aparılıb.

Source link