Bolqarıstanın baş nazirini güllələməklə hədələdilər

Baxış sayı: 7. 583 dəfə baxılıb.

Bolqarıstanın baş nazirini güllələməklə hədələdilər

 Bolqarıstanın baş naziri Boyko Borisov Facebook sosial şəbəkəsində təhdid olunduğuna görə, poilisə müraciət etməli olub.

Siyasətçi həyatı üçün ehtiyat etdiyini söyləyib.

Baş nazirin polisə verdiyi məlumata görə, Varna şəhər sakini onu güllələməklə hədələyir.

Həmin şəxs baş nazirə atəş açan tüfəng şəkli göndərərək təhdid edib.