f2e74ee3-9dbc-4380-a293-79a7afa426d9..jpg

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Baxış sayı: 743 dəfə baxılıb.

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış
olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 8-də Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva
Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova
Bolqarıstanın birinci xanımına ölkəmizin milli mətbəxinin xüsusiyyətləri
haqqında məlumat verib.

Qonağa şah plov, kükü, düşbərə, qutablar, yarpaq dolması, dovğa, habelə milli
şirniyyatımız olan şəkərbura və Azərbaycan mətbəxinin digər ləziz nümunələri
təqdim olunub.

Sonra Bolqarıstanın birinci xanımına milli mətbəximizin təamlarının hazırlanma
üsulları nümayiş edilib.

Azərbaycan milli mətbəxinin ləziz təamları ilə tanışlıq Bolqarıstanın birinci
xanımı Desislava Radevada xoş təəssürat yaradıb.

Source link