7c493939-d898-47d6-b0e2-1f73ff336118..jpg

Bolqarlarla altıncı duel – Seriya Bakıda qırılacaq?

Baxış sayı: 591 dəfə baxılıb.

Bolqarlarla altıncı duel – Seriya Bakıda qırılacaq?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisi bu gün “FIFA series – Edition 2024” turnirində Bolqarıstanla
qarşılaşacaq .

Futbolpress.az xəbər verir ki, Azərbaycan və Bolqarıstan milliləri buna qədər
beş dəfə üz-üzə gəlib. Bu matçların 4-də bolqarlar qələbə qazanıb, bir görüş
isə heç-heçə olub. Bolqarıstan yığması bu matçlarda 9, Azərbaycan isə 2 qol
vurub.

Komandalar arasındakı son görüş 2015-ci ilə təsadüf edir. Sofiyada keçirilən
Avropa çempionatının seçmə mərhələ oyunu bolqarların qələbəsiylə başa çatıb –
2:1.

Azərbaycan yığması bu gün bolqarlara qarşı uğursuz seriyanı sonlandırmağı
hədəfləyir. Monqolustanla matçda “bir nömrədə” oynayan millinin bu gün bir az
daha müdafiədən oynayacağı ehtimal edilir. Bolqarlar asan rəqib deyil və
futbolçularının bir çoxu legioner həyatı yaşayır.

Bolqarıstan millisi FIFA reytinqində bizdən öndədir. Onlar 83-cü, Azərbaycan
yığması isə 113-cü pilləni tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan –
Bolqarıstan oyununa saat 20:00-da start veriləcək. Komandalar yoldaşlıq
turnirinin birinci oyununda qələbə qazanıb. Azərbaycan Monqolustanı,
Bolqarıstan isə Tanzaniyanı məğlub edib.

Source link