Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ölkənin ali rəhbərliyi ilə görüşmək üçün İsrailə gedib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb.
Bolton səfər zamanı iki ölkə arasında əməkdaşlığı müzakirə edəcəyini bildirib:
“Elə indicə İsrailə endim. Birləşmiş Ştatlar və İsrail arasında bir sıra ümumi prioritetlər, eləcə də ABŞ-ın İsrailin təhlükəsizliyinə möhkəm bağlılığının müzakirəsi üçün İsrailin yüksəkvəzifəli rəsmi şəxsləri ilə sabahkı görüşləri səbrsizliklə gözləyirəm”.