Boltonun Moskva danışıqlarının bəzi detalları açıqlandı

Baxış sayı: 2. 779 dəfə baxılıb.

Boltonun Moskva danışıqlarının bəzi detalları açıqlandı

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Rusiya Xarici İşlər Nazirliyində və Təhlükəsizlik Şurasında keçirdiyi görüşlər zamanı Qafqazdakı vəziyyəti müzakirə etməyib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “RİA Novosti” Moskvadakı yüksək vəzifəli mənbəyə istinadla məlumat yayıb. 

“Boltonun Rusiya XİN-də və TŞ-da keçirdiyi görüşlərlə bağlı KİV-ə verdiyi açıqlamalardan təəccübləndik. Amerikalı nümayəndə görüşlər zamanı Qafqaz və Çindəki vəziyyəti müzakirə etdiyini deyib”, – mənbə bildirib. 

“Qafqazdakı vəziyyət müzakirə edilməyib. Çin məsələsinə gəlincə, Rusiya tərəfi bu problemin Çinlə birlikdə müzakirə etməsini təklif edib”, – o deyib.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.