“Boney M.” qrupunun yaradıcısı vəfat edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Boney M.” qrupunun yaradıcısı və “Rasputin” hitinin müəllifi, daha çox Frank
Farian kimi tanınan Frans Reuter 82 yaşında vəfat edib.
Məlumata görə, F.Farian Mayamidəki evində dünyasını dəyişib.
Qeyd edək ki, bəstəkar 1961-ci ildə “Frankie Farian und die Schatten” qrupunu
yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib.
Şöhrəti isə 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak
edərkən qazanıb. O, 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci
illərin ortalarından etibarən musiqiçi pop musiqiyə diqqət yetirməyə başlayıb.
Xatırladaq ki, o, “Rasputin” və “Daddy Cool” kimi “Boney M” qrupunun
hitlərinin müəllifidir. Bundan əlavə, “Farian”, “Eruption”, “Precious Wilson”,
“Far Corporation”, “Milli Vanilli”, “La Bouche” daxil olmaqla bir neçə başqa
pop layihələrini qurub.
Mənbə: ussian.rt