fb23e96b-efb1-4cc7-94ad-ff253cc498a0..jpg

Bonuççi uzun illər oynadığı “Yuventus”u Bundesliqa klubuna dəyişə bilər

Baxış sayı: 701 dəfə baxılıb.

Bonuççi uzun illər oynadığı “Yuventus”u Bundesliqa klubuna dəyişə bilər

İtaliyanın “Yuventus” klubunun futbolçusu Leonardo Bonuççi karyerasını
Almaniyada davam etdirə bilər.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Union” (Berlin) 36
yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

Tərəflər danışıqları davam etdirirlər. Klub futbolçunu razı salmağa çalışır.
Bu həftə keçiddə həlledici ola bilər.

Daha əvvəl Bonuççinin gələn ilin yayında, “Yuventus”la müqaviləsi bitdikdən
sonra karyerasını bitirəcəyi açıqlanmışdı.

Xatırladaq ki, 2018-ci ildən “qoca sinyora”nın uğurları üçün çalışan mərkəz
müdafiəçisi 2010-17-ci illərdə də “ağ-qara” formanı geyinib. 2017-ci ildə
“Milan”a keçən futbolçu bir mövsüm orada oynayıb və geri qayıdıb. O, karyerası
ərzində “İnter”, “Bari”, Piza”, “Trvizo”da da çıxış edib. Bonuççi İtaliya
millisində 121 matçda forma geyinib.

Source link