d6d6c1e5-7ced-47fb-bcbf-195a51d72d4f..jpg

Bonuççinin növbəti klubu bəlli oldu

Baxış sayı: 623 dəfə baxılıb.

Bonuççinin növbəti klubu bəlli oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yuventus”dakı çıxışı ilə tanınan, hazırda isə “Union Berlin”in mərkəz
müdafiəçisi Leonardo Bonuççi tezliklə “Roma”nın futbolçusu olacaq.

Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Nikolo Skira
məlumat verib.

Məlumata görə, təcrübəli italyan idmançı Almaniya klubundan azad agent kimi
ayrılacaq.

Bildirilir ki, 36 yaşlı futbolçu Joze Mourinyonun komandasına qoşulmaq üçün
maaş tələblərini də azaldacaq.

Müdafiəçi A Seriyası klubu ilə 2024-cü ilin may ayının sonuna qədər müqavilə
imzalayacaq.

Xatırladaq ki, Bonuççi keçən yay azad agent kimi “Yuventus”dan “Union”a
keçmişdi. Bu mövsüm müdafiəçi bütün turnirlərdə doqquz oyun keçirib və bir qol
vurub. Futbolçunun Berlin klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna
qədər qüvvədədir.

Source link