36aa1afa-e301-43b1-8332-0623d1eeeca1..jpg

Bora Bayraktar: “Müəyyən regionlar haqqında reportaj hazırlayarkən sosial həyatı nəzərə almalıyıq”

Baxış sayı: 687 dəfə baxılıb.

Bora Bayraktar: “Müəyyən regionlar haqqında reportaj hazırlayarkən sosial
həyatı nəzərə almalıyıq”

“Bir sıra məsələlər var ki, onlara həssas yanaşmırıq. Jurnalist olaraq
vəzifəmiz ondan ibarətdir ki, biz digərlərindən fərqlənək, insanlara zərər
verəcək xəbər yaymayaq. Eyni zamanda, müəyyən regionlar haqqında reportaj
hazırlayarkən sosial həyatı, ətraf mühiti nəzərə almalıyıq”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşa şəhərində keçirilən Qlobal Media
Forumunun “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyasında
çıxışı zamanı jurnalist, media meneceri Bora Bayraktar söyləyib.

Bəşəriyyətin müxtəlif çağırışlarla üzləşdiyini diqqətə çatdıran Bora Bayraktar
əlavə edib:

“Bizim kifayət qədər bəlli kimliyimiz var. TRT rəhbərliyi olaraq kimliyimizi
diktə etmirik. Bu, onsuz da mövcuddur. Hətta Türkiyədən kənarda da tanınırıq.
Bu, dünyanı necə, hansı şəkildə işıqlandırmağımızın nəticəsidir. Bu, bir
çağırışdır”.

Komanda formalaşdırmağın yollarından danışan B.Bayraktar vurğulayıb:

“Çağırışlardan biri də odur ki, biz müxtəlif ölkələrin vətəndaşları ilə
birlikdə layihələr həyata keçiririk, onlarla sıx əməkdaşlıq edirik. Buna uyğun
olaraq yola çıxmaq uğurlu nəticələr verir. Biz bu istiqamətdə uğurluyuq”.

Source link