Azərbaycanın borclanma strategiyası artıq hazırdır və yaxın günlərdə hökumətə təqdim olunacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirib.
“Borc siyasəti elə qurulmalıdır ki, yeni texnologiyalar ala bilək. Hazırda dövlətin borc siyasəti məqbuldur. Devalvasiyadan sonra dövlətin xarici borcu 24%-ə qalxıb”, – deyə, Z. Səmədzadə qeyd edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com