Rusiyalı prankerlər Vovan (Vladimir Kuznetsov) və Leksus (Aleksey Stolyarov) Böyük Britaniyanın xarici işlər naziri Boris Consona Ermənistanın baş naziri Nikol Paşinyanın adından zəng vurublar.
ÇıxışYolu.Com-ın “RİA Novosti”yə istinadən məlumatına görə, danışıq 20 dəqiqə davam edib.
Bundan sonra Britaniya XİN rəhbəri dəstəyi asıb.
“Söhbət zamanı Conson diplomatik idi, hesab edirəm ki, Ermənistanın baş naziri ona tanış deyildi və onunla necə davranmağı bilmirdi.
Biz 20 dəqiqə danışdıq. Skripalın işini, Suriya, ABŞ-ın İranla nüvə razılığından çıxmasını müzakirə etdik və sonda söhbətimizi şouya çevirdik”, – prankerlərdən biri deyib.
Onun sözlərinə əsasən, Böyük Britaniya XİN başçısı həmsöhbətlərinin onunla zarafatlaşdığını görüb söhbəti dayandırıb.