a1d35433-b4b0-4164-9bd5-e989731008c6..jpg

“Borusiya”dan qol yağışı, “Vilyareal”ın sensasiyalı məğlubiyyəti – VİDEO

Baxış sayı: 961 dəfə baxılıb.

“Borusiya”dan qol yağışı, “Vilyareal”ın sensasiyalı məğlubiyyəti – VİDEO

Almaniya, İspaniya və İtaliyanın futbol üzrə ölkə çempionatlarında maraqlı
oyunlar olub.

Almaniya Bundesliqasının 19-cu turunda Dortmund “Borusiya”sı evdə “Frayburq”u
qəbul edib.

Oyun Dortmund klubunun böyük hesablı qələbəsi ilə bitib – 5:1

Qeyd edək ki, bu qələbədən sonra “Borusiya” turnir cədvəlində 3-cü sırada
qərarlaşıb. Dortmund təmsilçisi lider “Union”dan iki xal geridədir.

“Borusiya”(Dortmund) – “Frayburq” – 5:1

İtaliya A Seriyasında “Roma” evdə “Empoli” klubunu qəbul edib.

Oyuna fəal başlayan “Canavarlar” artıq ilk 10 dəqiqə ərzində iki dəfə rəqib
qapısına yol tapıblar.

Bu qələbə nəticəsində 40 xal toplayan “Roma” turnir cədvəlində 3-cü pilləyə
yüksəlib.

“Roma” – “Empoli” – 2:0

Qeyd edək ki, İtaliya A Seriyasının turnir cədvəlinə 53 xalla “Napoli”
başçılıq edir.

İspaniya La Liqasının 20-ci turu çərçivəsində “Elçe” doğma divarlar arasında
“Vilyareal”ı qəbul edib.

Oyun “Elçe” klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Maraqlı məqam isə ondan ibarətdir ki, bu, “Elçe”nin mövsüm ərzində İspaniya
çempionatında ilk qələbəsidir. Hazırda klub 9 xalla turnir cədvəlinin sonuncu –
20-ci pilləsində qərarlaşıb. La Liqanın hazırkı lideri 50 xalla “Barselona”dır.

“Elçe” – “Vilyareal” – 3:1


Source link