21f4dc35-36d1-41cc-920f-78895066b737..jpg

BOS-dan xeyriyyə oyununa görə jest: “Qarabağ”dan ödəniş alınmayacaq

Baxış sayı: 985 dəfə baxılıb.

BOS-dan xeyriyyə oyununa görə jest: “Qarabağ”dan ödəniş alınmayacaq

Martın 26-da Bakı Olimpiya Stadionunda (BOS) “Qarabağ” və Türkiyənin
“Qalatasaray” komandaları arasında xeyriyyə matçı təşkil olunacaq.
Qarşılaşmanın məramını nəzərə alan arena rəhbərliyi oyunun keçirilməsi üçün
lazım olan ödənişləri və icarə haqqını Ağdam klubundan almayacaq.

Bu barədə Cixisyolu.com saytına açıqlamasında BOS-un mətbuat xidmətinin rəhbəri Fərid
Əsədzadə məlumat verib. O, xeyriyyə matçı olduğu üçün belə addım atıldığını
söyləyib:

“Qarabağ” müraciət edərkən bildirdi ki, oyundan əldə ediləcək bütün məbləğ,
hətta kiçik reklam gəlirləri belə, Türkiyədə zəlzələdən zərərçəkmiş insanların
evlərinin tikilməsinə xərclənəcək. İstədik ki, şorbada bizim də duzumuz olsun
və heç bir ödəniş tələb etmədik. Oyunlar zamanı əməkdaşlıq etdiyimiz müxtəlif
üçüncü şirkətlərdən də bununla bağlı müsbət cavablar aldıq. Onlar da
bildirdilər ki, kömək istəyirlər. “Qarabağ” bu oyunun keçirilməsi üçün BOS-a
heç bir ödəniş etməyəcək”.

F.Əsədzadə oyunun keçirilməsinə nə qədər xərc çəkiləcəyinin hələ bəlli
olmadığını əlavə edib:

“Nə qədər xərc olacağını demək asan deyil. Bu, oyuna görə dəyişir. Tamaşaçı
sayı, oyunun prestiji, cəlb ediləcək əməkdaş sayı kimi məqamlardan çox şey
asılıdır”.

“Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da start götürəcək.

Faiq Tahirov

Source link