Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı YENİLİK: Qeydiyyatsız tikililərlə
bağlı QƏRAR – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq.
Xezerxeber.az-ın məlumatına görə, ölkədə boşanma zamanı ər-arvadın əmlakının
bölünməsi ilə bağlı yeni qərar qəbul edilib.
Qərarda boşanmalarda tez-tez rast gəlinən bir sıra vacib məqamlar əksini tapıb
ki, onlardan biri də qeydiyyatsız tikililərlə bağlıdır. Əgər tərəflər nikah
dövründə özbaşına tikili inşa ediblərsə, yeni qaydaya əsasən, boşanma zamanı
ilk növbədə onların hər ikisinin burada yaşamaq imkanları nəzərdən keçiriləcək.
Əgər mümkündürsə, hər ikisi bu mənzildə yaşaya biləcəklər. Amma keçmiş ər və
arvadın bu evdə birgə yaşaması obyektiv səbəblərdən mümkün deyilsə, həmin evin
tərəflər arasında bölünməsi baş verəcək.
Mövzuya münasibət bildirən Vəkillər Kollegiyasının üzvü Emil Aslanov bildirib
ki, boşanmalar zamanı ən çox yaşanan problemlərdən biri də daşınmaz əmlakla
bağlı olur. Onun sözlərinə görə, tərəflər birgə yaşamayacağı təqdirdə, evin
inşasına sərf edilmiş vəsaitinin yarısını bir-birindən tələb edə biləcəklər.
Qeyd edək ki, sənədsiz tikilinin ər və arvad arasında bölünməsi barədə qərar –
bu tikilinin qanuni sayılması demək deyil. Bu məhkəmə qərarı heç bir halda
həmin əmlaka hüququ tanıyan bir qərar və ya əmlakın qeydiyyata alınmasına əsas
vermir. Sadəcə, ər-arvad arasında əmlak bölgüsü və bütün mübahisələri həll edən
məsələ olacaq.
Ətraflı süjetdə: