Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri  İlham Əliyevi təbrik edib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri İlham Əliyevi təbrik edib

Baxış sayı: 4. 146 dəfə baxılıb.

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

ÇıxışYolu.Com xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab prezident. Yenidən Azərbaycan Respublikasının prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Əminəm ki, Sizin zəngin təcrübəniz və peşəkarlığınız ölkənizin vətəndaşlarının rifahı naminə daha böyük tərəqqiyə nail olmağa imkan verəcək.

Bosniya və Herseqovina Azərbaycanın səmimi dostudur və Siz qarşılıqlı əməkdaşlığın dərinləşməsinə və birgə layihələrin gerçəkləşməsinə töhfə verəcəyimizə əmin ola bilərsiniz. Cənab prezident, sevindirici haldır ki, Siz yeni prezidentlik dövründə tezliklə Bosniya və Herseqovinaya səfər edəcəksiniz.

Bu, heç şübhəsiz ki, xalqlarımız arasında əməkdaşlığın və ənənəvi dostluğun daha da möhkəmlənməsinə töhfə olacaqdır. Bir daha Sizə dərin ehtiramımı ifadə edirəm”.

www.ÇıxışYolu.Com