Böyrək çatışmazlığından əziyyət çəkən Nurəlinin sizin dəstəyinizə ehtiyacı var
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
14 yaşlı yeniyetmənin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Cixisyolu.com-a Nurəli Baxşəliyevin anası Aytən Baxşəliyeva məlumat verib.
O bildirib ki, övladı dörd ildir böyrək çatışmazlığından əziyyət çəkir.
“Biz özümüz Sabirabad rayonunda yaşayırıq. Dörd il əvvəl övladımın böyrək
çatışmazlığından əziyyət çəkdiyini öyrəndik. Övladımın xəstəliyini bildiyimiz
ilk gündən müalicələrini etdirsək də, artıq tükənmişik. Nurəlidən başqa, balaca
bir qızım var. Övladlarıma görə mən işləyə bilmirəm, yoldaşım isə fəhlə
işləyir. Bəzən olur, günlərlə evə pul gətirə bilmir. Bir neçə ay əvvəl
Nurəlinin müalicəsi üçün onu İrana apardıq. Hazırda isə müalicələrini etdirməyə
imkanımız yoxdur. Müalicələr üçün 700 manata ehtiyacımız var. Yardımsevər
şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.
Kart nömrəsi: 4169 7388 8824 2637
Ailə ilə əlaqə: (070) 553-96-41