95c3cfc9-ca53-401d-ba87-571f5264c7ef.jpg

Böyrək köçürülən Esmira: “Əvvəlki günlərimə qayıtmaqdan qorxuram, köməyə ehtiyacım var”

Baxış sayı: 257 dəfə baxılıb.

38 yaşlı Esmira Məmmədovanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Cixisyolu.com-a onun özü məlumat verib.

O bildirib ki, 17 yaşından böyrək çatışmazlığından əziyyət çəkir:

“Tam 20 ildir ki, dializ aparatına qoşuluram. Ötən il həkimlər təcili
böyrəkköçürmə əməliyyatına ehtiyac olduğunu dedilər. Yeddi ay əvvəl xalam oğlu
mənə donorluq edərək böyrəyini verdi. Əməliyyat dövlət tərəfindən tam
təmənnasız edildi. Əməliyyatdan sonrakı müddətdə isə lazım olan dərmanları anam
borc-xərclə alıb, hazırda müalicələri qarşılamağa gücümüz yoxdur”.

Esmira Məmmədova yardımsevər şəxslərdən dəstək istəyib:

“Nə bacım, nə qardaşım var ki, mənə dəstək olsunlar. Tək qardaşım var idi, bir
neçə il əvvəl onu da itirdik. Anam yaşlı qadındır, işləyə bilmir. Ancaq
borc-xərclə mənə ağrıkəsici alıb vurdura bilir. Hazırda immunitetim düşdüyü
üçün bədənimdə infeksiyalar artıb. Həkimlər təcili vaksin vurdurmalı olduğumu
deyiblər. Vaksinin bir dozası 250 manatdır, mən isə bu vaksini üç dəfə
vurdurmalıyam. Sizin saytın izləyicilərinin dəstəyi ilə bunun bir dozasını
vurdura bildim, amma daha iki doza vurulmalıdır. İkinci vaksinim sabah
edilməlidir. Amma bunun üçün imkanım yoxdur. İnanın, yenidən əvvəlki günlərimə
qayıtmaqdan çox qorxuram. Yardımsevər şəxslərdən mənə dəstək olmağı xahiş
edirəm”.

Ailə ilə əlaqə: (055) 372-35-92.

Beynəlxalq Bank: 5522 0993 6618 1402.

Source link