Böyük Britaniya parlamenti bu gün keçirilən iclasında Brexit sazişini üçüncü dəfə rədd edib.
RİA Novosti xəbər verir ki, indi Böyük Britaniya ya alternativ variant təklif etməli, ya da aprelin 12-də Avropa İttifaqından çıxmalıdır.
Parlamentin 286 deputatı sazişin lehinə, 344 deputatı isə əleyhinə səs verib.