d5bff57c-a3be-4ebe-8326-fce571bdfa5f..jpg

Böyük Britaniya parlamentinin dövlət katibinin müavini Azərbaycana səfər edəcək

Baxış sayı: 845 dəfə baxılıb.

Böyük Britaniya parlamentinin dövlət katibinin müavini Azərbaycana səfər edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya parlamentinin biznes və ticarət departamentində dövlət
katibinin müavini Malkolm Offord Azərbaycana səfər edəcək.

Diplomatik mənbədən “Trend”ə verilən məlumata görə, Malkolm Offordun
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın altıncı iclasında iştirakı planlaşdırılır.

Qeyd edək ki, son otuz ildə Böyük Britaniya Azərbaycanda ən böyük fərdi
investora çevrilib. 1995-2022-ci illər arasında Böyük Britaniyanın Azərbaycana
sərmayəsi 84 milyard ABŞ dollarını keçərək, birbaşa xarici investisiyaların
ümumi həcmini 280 milyard ABŞ dollarına çatdırıb. 2022-ci ildə iki ölkə
arasında illik ticarət dövriyyəsi 1,2 milyard funt sterlinq olub.

Source link