Böyük Britaniyada Qreta Tunberqin abidəsi söküldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gənc ekoloji fəal Qreta Tutenberqin Böyük Britaniyanın Hempşir şəhərindəki
Vinçester Universitetinin girişində yerləşən bürünc heykəli sökülüb.
Qeyd olunur ki, tələbələrin əksəriyyəti abidədən narazı qalıb və pulların
başqa bir məqsədlə xərclənməli olduğunu bildiriblər. Yerli sakinlər Tunberqin
İngiltərənin cənub-şərqindəki 50 minlik şəhərlə heç bir əlaqəsi olmadığından
şikayətləniblər. Abidə təbiətə qayğı adı altında çirkli pulların yuyulmasının
tipik bir nümunəsi adlandırılıb. Bir sıra etirazlardan sonra rəhbərlik abidəni
söküb.
Xatırladaq ki, burada Tutenberqin heykəli 2021-ci ilin martında qoyulub. Abidə
24 min funt-sterlinqə (təxminən 52 min manat) başa gəlib.
Bundan sonra heykəl universitetin həyətində gediş-gəliş olmayan bir yerə
köçürülüb.
Mənbə: BİLD