49ce3b0b-0433-4665-8fb5-69fd436d8b01..jpg

Böyük Britaniyanın Azərbaycandakı səfiri və dövlət naziri Tofiq Bəhramovun abidəsini ziyarət ediblər – FOTO

Baxış sayı: 978 dəfə baxılıb.

Böyük Britaniyanın Azərbaycandakı səfiri və dövlət naziri Tofiq Bəhramovun
abidəsini ziyarət ediblər – FOTO

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti ilə Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Ferqus Auld tanınmış futbol hakimi Tofiq Bəhramovun
abidəsini ziyarət edib.

F. Auld həmyerlisi ilə abidənin qarşısında çəkdirdiyi fotonu özünün “Twitter”
səhifəsində paylaşıb.

Səfir postun üzərində Azərbaycan dilində bu sözləri yazıb:

“Futbol həm Böyük Britaniyada, həm də Azərbaycanda çox sevilir. İngiltərənin
1966-cı ildə futbol üzrə dünya çempionatını qazanmasında Tofiq Bəhramovun
ədalətli qərarının böyük rolu olub. Odur ki, nazir Leo Dokerti ilə bura mütləq
gəlmək istəyirdik”.

Qeyd edək ki, İngiltərə yığması DÇ-1966-nın finalında Almaniya seçməsini 4:2
hesabı ilə məğlub edib. Həmin matçda yan xətt hakimi olmuş Tofiq Bəhramov
britaniyalıların vurduğu 3-cü topun qapı xəttini keçdiyini bildirərək qolun
qeydə alınmasına nail olub.

Futbol həm 🇬🇧, həm də 🇦🇿 -da çox sevilir.
İngiltərənin 1966-ci ildə futbol üzrə dünya çempionatını qazanmasında Tofiq
Bəhramovun ədalətli qərarının böyük rolu olub.⚽️🏃‍♂️

Odur ki, nazir @LeoDochertyUK
ilə bura mütləq gəlmək
istəyirdik.pic.twitter.com/nG8uabPEZw
— FergusAuldFCDO (@FergusAuldFCDO) February 22, 2023

Source link