Çərşənbə axşamı Britaniyanın hakim Mühafizəkarlar partiyası yeni partiya lideri və baş nazirin adını 23 İyul tarixində – iyulun 22-si günün ikinci yarısında poçt səsverməsi proseduru başa çatdıqdan sonra açıqlayacaq.
Baş nazir dəftərxanasının rəsmi nümayəndəsi deyib ki, yeni baş nazir iyulun 24-ü günün ikinci yarısında işə başlamalıdır.
Partiya lideri və baş nazir postuna Britaniyanın sabiq xarici işlər naziri və Londonun keçmiş meri Boris Conson və hazırkı XİN rəhbəri Ceremi Hant iddia edir.
Yeni baş nazir seçilənədək bu vəzifəni iyunun 7-də rəsmi olaraq partiya lideri vəzifəsindən imtina etmiş Tereza Mey icra edəcək.