e2ee5cac-1dcd-44fe-ad05-3c796f88530d..jpg

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar – YENİLƏNİB

Baxış sayı: 779 dəfə baxılıb.

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazanıblar –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cüdo üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük
Dəbilqə” turnirinin ilk günündə iki medal qazanıb.

“Report”un məlumatına görə, daha bir idmançımız bürünc mükafat əldə edib.

66 kq çəki dərəcəsində çıxış edən Ruslan Paşayev fəxri kürsünün üçüncü
pilləsinə yüksəlib. O, italiyalı Matteo Pirasa qalib gəlib. Eyni çəkidəki digər
təmsilçimiz Rəşad Yelkiyev isə üçüncü yer uğrunda dueldə braziliyalı Villian
Limaya məğlub olub.

Daha əvvəl Balabəy Ağayev (60 kq) yarışda üçüncü yeri tutub. İlk gündə turnirə
qoşulan digər altı cüdoçu medalsız qalıb.

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan
millisi doqquz çəki dərəsində 11 kişi, dörd qadın cüdoçu ilə yollanıb.

17:35

Azərbaycanın cüdoçusu Balabəy Ağayev (60 kq) Gürcüstanın paytaxtı Tbilisidə
keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc medalını qazanıb.

“Report”un məlumatına görə, 25 yaşlı idmançı üçüncü yer uğrunda görüşdə
gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Sardalaşvili təsəlliverici dueldə yığmamızın digər üzvü Turan Bayramovu
üstələsə də, bu dəfə əlavə vaxtda Ağayevə məğlub olub. Bununla Azərbaycan
yarışın birinci günündə ilk medalını qazanıb.

Balabəy Ağayev fevralda Bakıda təşkil edilən “Böyük Dəbilqə”də də fəxri
kürsünün üçüncü pilləsinə qalxmışdı.

Qeyd edək ki, Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) də bu gün
bürünc medal uğrunda görüşə çıxacaqlar.

11:12

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə
start veriləcək.

“Report”un məlumatına görə, ilk gündə Azərbaycanın səkkiz cüdoçusu mübarizəyə
qoşulacaq.

Onlardan dördü qadın, dördü kişi olacaq. Yalnız Acelya Toprak və Ruslan
Paşayev öz çəki dərəcələrində yarışa 1/32 finaldan qoşulacaqlar. Digər
cüdoçularımız isə 1/16 finaldan çıxış edəcəklər.

1/16 final: Leyla Əliyeva (48 kq) – Katarina Tanzer (Avstriya);

1/16 final: Gültac Məmmədəliyeva (52 kq) – Leonye Qonzales (Fransa) / Binta
Ndiaye (İsveçrə) cütünün qalibi;

1/32 final: Acelya Toprak (57 kq) – Nino Loladze (Gürcüstan);

1/16 final: Fidan Əlizadə (57 kq) – İrina Zuyeva (AİN) / Qvantsa Mtçedlişvili
(Gürcüstan) cütünün qalibi;

1/16 final: Turan Bayramov (60 kq) – Kvanq Cin Çae (Şimali Koreya) / Andrea
Karlino (İtalya) cütünün qalibi;

1/16 final: Balabəy Ağayev (60 kq) – Vicay Kumar Yadav (Hindistan);

1/32 final: Ruslan Paşayev (66 kq) – Gigi Otyaşvili (Gürcüstan);

1/16 final: Rəşad Yelkiyev (66 kq) – Olu Kubaniçbek Aybek (Qırğızıstan).

Qeyd edək ki, martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə Azərbaycan
millisi doqquz çəki dərəsində 11 kişi, dörd qadın cüdoçu ilə yollanıb.

Source link