3266429c-d7f1-4858-9630-3d909e75cf55..jpg

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşdə məğlub olub – YENİLƏNİB + FOTO

Baxış sayı: 756 dəfə baxılıb.

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu bürünc medal uğrunda görüşdə məğlub olub –
YENİLƏNİB + FOTO

Azərbaycan cüdoçusu Balabəy Ağayev İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük
Dəbilqədə medal qazana bilməyib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü
yer uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) uduzub.

66 kq-dakı Orxan Səfərov finalda Vaja Margelaşvili (Gürcüstan) ilə güləşəcək.

16:16

Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük
Dəbilqədə yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində Balabəy Ağayev, 66 kq-da
Orxan Səfərov bu mərhələyədək irəliləməyi bacarıb.

Ağayev ardıcıl olaraq Bryan Qarboa (Ekvador) və Simone Aversanı (İtaliya)
məğlub edib. Onun yarımfinaldakı rəqibləri hələlik bəlli deyil. Eyni çəkidəki
Turan Bayramov 1/8 finalda Salih Yıldıza (Türkiyə) yenilib.

Orxan Səfərov Joaquin Tovaqliari (Argentina), David Qarsiya (İspaniya) və
Denislav İvanovla (Bolqarıstan) dueldən qalib ayrılıb. Avropa çempionu finala
gedən yolda Laşa Nadiradzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.

Source link