0a7d6da9-ae49-423b-873e-45a3ec01b520..jpg

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Baxış sayı: 918 dəfə baxılıb.

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən Böyük
Dəbilqədə finala yüksəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl
olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur
Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.

66 kq-dakı Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-dakı
Nurlan Osmanov eyni raundda Redouane Messaoud Drisə (Əlcəzair) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

Source link