4b9551a2-b8eb-4b9b-bbf1-4a329e355d23..jpg

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib – YENİLƏNİB

Baxış sayı: 987 dəfə baxılıb.

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib – YENİLƏNİB

Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük
Dəbilqədə finala yüksəlib.

“Report”un məlumatına görə, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı
yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.

Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək.

81 kiloqramdakı digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya
(Fransa) yenilib.

73 kiloqramda Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya)
uduzub. Eyni çəkidəki Nurlan Osmanov təsəlliverici qarşılaşmada Adil Osmanova
(Moldova) qalib gələrək bürünc medal uğrunda görüşdə məhz Heydərova rəqib olub.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan
təmsilçiləri medal qazana bilməyiblər.

09:52

Azərbaycanın daha dörd cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük
Dəbilqədə bu gün mübarizəyə başlayır.

Cixisyolu.com xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən Hidayət
Heydərov 1/16 final mərhələsində Aleksandr Brernd Qabler (Almaniya)/Erdenebayar
Batzaya (Monqolustan) cütünün qalibi, eyni çəkidəki Nurlan Osmanov 1/32 finalda
Aleksandru Rayku (Rumıniya) ilə üz-üzə gələcəklər.

81 kiloqramdakı Səid Mollayi 1/16 finalda Tiziano Falkon (İtaliya)/Jus
Mesilosek (Sloveniya) duelinin güclüsü ilə, eyni çəkidəki Zelim Tçkayev Nikola
Qardaşeviçlə (Monteneqro) görüşəcəklər.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan
təmsilçiləri medal qazanabilməyiblər .

Source link