03d918f6-5d10-469f-ad28-67d865a4ac56..jpg

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib – YENİLƏNİR

Baxış sayı: 1. 057 dəfə baxılıb.

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib – YENİLƏNİR

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən
Böyük Dəbilqə turnirində finala yüksəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı
yarımfinalda qazaxıstanlı Kanat Seilxana ipponla qalib gəlib.

Bayramov qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə
gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə
belçikalı Amber Rayheulu məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada
qüvvəsini sınayacaq.

13:57

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən
Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finala
gedən yolda qazaxıstanlı Kanat Seilxanla üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə
belçikalı Amber Rayheulun müqavimətini qırmağa çalışacaq.

Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq),
Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq)
mübarizəni erkən dayandırıblar.

10:09

Azərbaycanın yeddi cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start
götürən Böyük Dəbilqə turnirində mübarizəyə başlayır.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov
1/16 final mərhələsində Dilşod Xalmatovla (Ukrayna), eyni çəkidəki Turan
Bayramov Aybek Omirovla (Türkmənistan) üz-üzə gələcəklər.

66 kq-dakı Kamran Süleymanov 1/32 finalda Quram Dzavaşvilinin (BƏƏ)
müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında 48 kq-dakı Leyla Əliyeva 1/16 finalda Venna Juanqla
(Çin), 52 kq-dakı cüdoçulardan Gültac Məmmədəliyeva Yasmim Lima ilə
(Braziliya), eyni çəkidəki Aydan Vəliyeva Naomi Van Krevellə (Niderland)
münasibətlərinə aydınlıq gətirəcəklər.

Nəhayət, 57 kq-dakı Fidan Əlizadə 1/16 finalda Paulin Starkla (Almaniya)
görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13
cüdoçu ilə təmsil olunur.

Source link