ec7d6269-3751-4281-bd45-c883a1ee62ec..jpg

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazandı – YENİLƏNİR + FOTO

Baxış sayı: 989 dəfə baxılıb.

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazandı – YENİLƏNİR + FOTO

Azərbaycan cüdoçusu Turan Bayramov Tbilisidə keçirilən “Böyük dəbilqə”
turnirində qızıl medal qazanıb.

Cixisyolu.com xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən
idmançımız həlledici görüşdə gürcüstanlı Giorgi Sardalaşviliyə qalib gəlib.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda
qarşılaşmada Çin idmançısı Yeqing Zhu ilə üz-üzə gəlib. Rəqibini məğlub edən
G.Məmmədəliyeva turniri üçüncü pillədə başa vurub.

15:01

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən
Böyük Dəbilqə turnirində finala yüksəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı
yarımfinalda qazaxıstanlı Kanat Seilxana ipponla qalib gəlib.

Bayramov qızıl medal uğrunda gürcüstanlı Giorgi Sardalaşvili ilə üz-üzə
gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə
belçikalı Amber Rayheulu məğlub edib. O, bürünc medal uğrunda qarşılaşmada
qüvvəsini sınayacaq.

13:57

Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən
Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finala
gedən yolda qazaxıstanlı Kanat Seilxanla üz-üzə gələcək.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə
belçikalı Amber Rayheulun müqavimətini qırmağa çalışacaq.

Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq),
Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq)
mübarizəni erkən dayandırıblar.

10:09

Azərbaycanın yeddi cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start
götürən Böyük Dəbilqə turnirində mübarizəyə başlayır.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov
1/16 final mərhələsində Dilşod Xalmatovla (Ukrayna), eyni çəkidəki Turan
Bayramov Aybek Omirovla (Türkmənistan) üz-üzə gələcəklər.

66 kq-dakı Kamran Süleymanov 1/32 finalda Quram Dzavaşvilinin (BƏƏ)
müqavimətini qırmağa çalışacaq.

Qadınların yarışında 48 kq-dakı Leyla Əliyeva 1/16 finalda Venna Juanqla
(Çin), 52 kq-dakı cüdoçulardan Gültac Məmmədəliyeva Yasmim Lima ilə
(Braziliya), eyni çəkidəki Aydan Vəliyeva Naomi Van Krevellə (Niderland)
münasibətlərinə aydınlıq gətirəcəklər.

Nəhayət, 57 kq-dakı Fidan Əlizadə 1/16 finalda Paulin Starkla (Almaniya)
görüşəcək.

Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13
cüdoçu ilə təmsil olunur.

Source link