38e65e16-369a-4525-93ec-7f13f3cbed78..jpg

Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Baxış sayı: 1. 260 dəfə baxılıb.

Böyük Dəbilqə: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə
keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, yarışın ikinci günündə 73 kq çəki dərəcəsində
Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan
Hacıyev tatami üzərinə çıxacaqlar.

Məmmədəliyevlə gürcüstanlı Mixeili Baxbaxaşvili, Mirzəyevlə italiyalı Eduardo
Mella qarşılaşacaqlar. Orucov Gürcüstanın digər təmsilçisi Zaur Dvalaşvilini,
Hacıyev isə Portuqaliya cüdoçusu Anri Equtidzeni sınağa çəkəcək.

Böyük Dəbilqə

73 kq

1/32 final: Rəşid Məmmədəliyev – Mixeili Baxbaxaşvili (Gürcüstan)

1/32 final: Nəriman Mirzəyev – Eduardo Mella (İtaliya)

81 kq

1/16 final: Rüstəm Orucov – Zaur Dvalaşvili (Gürcüstan)

1/16 final: Elcan Hacıyev – Anri Equtidze (Portuqaliya)

Qeyd edək ki, yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl, Gültac
Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıblar.

Source link