“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Qazaxıstanın paytaxtı Astanada
keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır.
Cixisyolu.com xəbər verir ki, son olaraq Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90
kq), Uşanqi Kokauri və Camal Qamzatxanov tatamiyə çıxacaq.
Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medal qazanıb.
Azərbaycan turnirdə 15 idmançı ilə təmsil olunur.