Böyük Dəbilqə: Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanın daha iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı
Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.
Cixisyolu.com-ın məlumatına görə, İbrahim Əliyevlə Rəşid Məmmədəliyev (hər ikisi 73
kq) tatamiyə çıxacaqlar.
Ötən gün Leyla Əliyeva (48 kq) bürünc medal qazanıb, Ruslan Paşayev (66 kq)
isə beşinci olub.
Qeyd edək ki, Azərbaycanı yarışda 14 cüdoçu təmsil edir. Turnir oktyabrın
26-da başa çatacaq.